Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, nəticədə iki nəfər ölüb, bir nəfər isə sağ qalıb.
Bu, hüquq müdafiə təşkilatlarının “məhkəməsiz qətllər” kimi xarakterizə etdiyi, Vaşinqtonun isə “narkotik qaçaqmalçılarına” qarşı hücum adlandırdığı son insident olub.
ABŞ-nin Cənub Komandanlığı cümə günü bildirib ki, zərbə nəticəsində iki nəfər ölüb, bir nəfər sağ qalıb. Komandanlığın məlumatına görə, ABŞ Sahil Mühafizəsi axtarış-xilasetmə əməliyyatları barədə məlumatlandırılıb.
“The New York Times”ın istinad etdiyi ABŞ rəsmisi bildirib ki, sağ qalan şəxsin axtarışlarına Meksika Hərbi Dəniz Qüvvələri rəhbərlik edir.
Son həftələrdə Amerika hərbçiləri Sakit okeanın şərq hissəsində yerləşən bir neçə qayığa ölümcül zərbələr endiriblər.
Sentyabr ayından etibarən ABŞ hərbçilərinin zərbələri nəticəsində oxşar gəmilərdə 190-dan çox insan ölüb. ABŞ Prezidenti Donald Tramp administrasiyası həmin gəmilərin narkotik daşıdığını iddia edir.
Cənub Komandanlığı cümə günü bildirib ki, hücuma məruz qalan gəmi “müəyyən terror təşkilatları” tərəfindən istifadə olunub və “narkotiklərin qanunsuz dövriyyəsinin məlum marşrutları üzrə tranzit həyata keçirib”.
Sevinc Əliyeva
Ordu.az