Ordu.az xəbər verir ki, bu barədə Rasmussen “WELT” nəşrinə açıqlamasında bildirib.
“Hazırda müşahidə etdiyimiz şey NATO-nun dağılmasıdır. Biz öz ayaqlarımız üzərində dayanmalı və qitəmizi özümüz müdafiə edə bilməliyik”, - deyə siyasətçi qeyd edib.
“Bild”in məlumatına görə, Rasmussen Avropanın yeni müdafiə planlarına və yeni hərbi imkanlara ehtiyacı olduğunu bildirib. O qeyd edib ki, gələcək təhlükəsizlik arxitekturasına Ukrayna da daimi iştirakçı kimi daxil edilməlidir.
Rasmussen Ukraynanın yeni silah və sursatları necə sürətlə hazırladığını vurğulayaraq belə nəticəyə gəlib: “Bizə o, Rusiyaya qarşı istehkam kimi lazımdır”.
Sevinc Əliyeva
Ordu.az