Yeni nəsil taktiki və rabitə cihazları SAHA 2026-da nümayiş olunub

2026/05/1778264898.jpg
Oxunub: 584     22:22     08 May 2026    
Türkiyədə yerli və xarici şirkətlər müdafiə sənayesi üçün hazırladıqları yeni nəsil məhsul və texnologiyalarını SAHA 2026 sərgisində təqdim ediblər.

Ordu.az xəbər verir ki, SAHA 2026 Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində davam edir.

“Anadolu” Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olduğu SAHA 2026 yerli və xarici şirkətlərin məhsul və texnologiya təqdimatları ilə dördüncü günündə də böyük maraqla qarşılanıb.

“Poligon Mühəndislik” şirkəti kompakt quruluşu və yüksək dəqiqlikli üçölçülü skan etmə qabiliyyəti ilə seçilən SIMSCAN-S “Gen2”ni təqdim edib. Şirkət nümayəndələri yüngül və ovuc içi ölçüsündə metal gövdəyə malik cihazın dar mühərrik bölmələri və mürəkkəb daxili hissələr kimi çatılması çətin sahələrdə bir əllə rahat istifadəyə imkan yaratdığını bildiriblər.

“Tron Elektronik” isə sərgidə T/ICAS Müdaxilənin Qarşısının Alınması Sistemi ilə diqqət çəkib. Müdafiə və aviasiya sahələrində hərbi rabitənin təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan radioelektron mübarizə həlli yüksək təhlükə səviyyəsinin olduğu mühitlərdə radioelektron qarışdırma fəaliyyətlərinə qarşı rabitə siqnallarının qorunmasını təmin edərək əlaqənin davamlılığını və əməliyyat təhlükəsizliyini dəstəkləyir.

3M isə hərbi və hüquq-mühafizə qüvvələri üçün hazırlanmış “ComTac ™ IX Communication Headset” taktiki rabitə qulaqlığını təqdim edib. Yüksək səviyyəli eşitmə mühafizəsi və situasiya məlumatlılığını bir araya gətirən yeni nəsil taktiki rabitə qulaqlığı səs-küylü mühitlərdə ikitərəfli əlaqəni asanlaşdırır.

“Shenzhen YooXplore” da sərgidə radioelektron mübarizə və siqnal qarışdırıcı təhdidlərinə qarşı hazırladığı “anti-jamming” pilotsuz uçuş aparatı dəsti ilə maraq doğurub.

Pilotsuz uçuş aparatı və idarəetmə sistemlərinə inteqrasiya edilən bu həll güclü radioelektron qarışdırma mühitlərində belə siqnal bütövlüyünü qoruyaraq platformaların missiya davamlılığını artırır. Sistem hədəfə çatma və əməliyyat nəzarətinin fasiləsiz davam etdirilməsinə imkan yaradır.

Gün ərzində həmçinin Türkiyədə 13 fərqli sahədə bütün sektorlar üçün sənaye ölçü uyğunluğu xidmətləri təqdim edən “Netes Mühəndislik”, alüminium lövhə, prokat plitə, vərəq metal, istiqamətlənmiş naxışlı təbəqə, top (rulon) və sıxıbçıxarma (ekstruziya) məhsullarını kəsib formaya salaraq, başda aviasiya olmaqla bir çox sahəyə xidmət göstərən “Altek Metal”, müdafiə və aviasiya sənayesində fəaliyyət göstərən şirkətlər üçün kritik əhəmiyyət daşıyan audit və sertifikatlaşdırma proseslərində ön plana çıxan akkreditə olunmuş qurumlardan “Inspecco”, istehsal sektorunda rəqəmsal transformasiyanı sürətləndirən, süni zəka dəstəkli platformalar və geniş bulud əsaslı xidmət infrastrukturu təqdim edən “Xometry” şirkətlərinin nümayəndələri təqdimatlarında iştirakçılara yeni nəsil məhsul və texnologiyalarla sektora necə töhfə verdiklərini izah ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SAHA-2026  


Bizi "telegram"da izləyin