WSJ: Səudiyyə Ərəbistanı və Küveyt ABŞ üçün bazalar və hava məkanından istifadə məhdudiyyətlərini aradan qaldırıb

2019/07/2018_-1562244492.jpg
Oxunub: 688     23:01     07 May 2026    
Səudiyyə Ərəbistanı və Küveyt ABŞ hərbçilərinin öz bazaları və hava məkanından istifadəsinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” iki ölkənin rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası hazırda “Azadlıq layihəsi”ni, yəni Hörmüz boğazından keçən ticarət gəmilərinin müşayiəti üzrə dəniz əməliyyatını bərpa etməyə çalışır. Həftənin əvvəlində ABŞ Prezidenti Pakistanın vasitəçiliyi ilə İranla aparılan danışıqlar fonunda missiyanın dayandırıldığını elan etmişdi.

Səudiyyəli rəsmilər “The Wall Street Journal”a bildiriblər ki, Səudiyyə Ərəbistanı və Küveyt amerikalı yüksəkvəzifəli şəxslərin ABŞ əməliyyatlarına cavab olaraq İranın Fars körfəzində həyata keçirdiyi hücumların əhəmiyyətini azaltmasından sonra ABŞ hərbçilərinə öz bazaları və hava məkanından istifadəni qadağan etmək qərarına gəliblər.

Onlar ABŞ qüvvələrinin analoji hücumların hədəfinə çevriləcəkləri halda özlərini müdafiə etməyəcəyindən ehtiyat edirdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Küveyt   ABŞ  


Bizi "telegram"da izləyin