İran ballistik raketlərinin 70%-ni qorumağı bacarıb - MKİ

2026/03/1773472557.jpg
Oxunub: 478     21:30     07 May 2026    
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ-nin hava hücumlarından sonra İranın müharibədən əvvəlki ballistik raket arsenalının təxminən 70%-ni qoruduğunu bildirir.

Ordu.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Kəşfiyyatın hesabatı ilə tanış olan ABŞ rəsmilərindən birinin sözlərinə görə, İran müharibədən əvvəlki mobil buraxılış qurğularının təxminən 75%-ni və raket arsenalının təxminən 70%-ni mühafizə edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin analitikləri hesab edirlər ki, İran bombardmanlar nəticəsində qayaların altında basdırılmış yeraltı arsenallara daxil ola, zədələnmiş raketlərin bəzilərini təmir edə və yenilərini istehsal edə bilib.

Hərbi əməliyyatlar başlamazdan əvvəl İranın arsenalında təxminən 2500 ballistik raket, eləcə də bir neçə min kamikaze dron olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket  


Bizi "telegram"da izləyin