Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Norfolk polis idarəsinin açıqlamasına görə, saxlanılma çərşənbə axşamı axşam saatlarında İngiltərənin şərqində yerləşən Endryu Mauntbatten-Vindzorun evinin yaxınlığında “təhdidedici davranış sərgiləyən” bir şəxs barədə məlumat daxil olduqdan sonra həyata keçirilib.
“Polis əməkdaşları hadisə yerinə gəlib və həmin şəxs ictimai asayişi pozmaq və silah saxlamaq şübhəsi ilə saxlanılıb”, - deyə polis bildirib.
Şübhəli şəxs dindirilmək üçün yaxınlıqdakı polis bölməsinə aparılıb.
Kral III Karlın kiçik qardaşı olan Mauntbatten-Vindzor bu ilin fevral ayında Cefri Epşteynlə əlaqələrinə görə vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılmış və bir neçə saat nəzarətdə saxlanılmışdı.
66 yaşlı Mauntbatten-Vindzor bu ilin əvvəlində uzun illər yaşadığı Vindzor qalasının yaxınlığındakı evindən çıxarıldıqdan sonra kralın Norfolkda yerləşən şəxsi mülkünə köçürülüb.
Sevinc Əliyeva
Ordu.az