Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Bəhreyn Nümayəndələr Şurası Abdülnəbi Salman, Məmdüh əs-Saleh və Mehdi əş-Şovayxın uzaqlaşdırılmasına yekdilliklə səs verib. Bu qərar konstitusiya və parlamentin daxili nizamnaməsi əsasında qəbul olunub.
Deputatların uzaqlaşdırılması ilə bağlı müraciətdə onların “ölkəyə qarşı İran hücumlarını dəstəkləməkdə ittiham olunan şəxslərə qarşı tətbiq edilən vətəndaşlıqdan məhrumetmə kimi tədbirləri” tənqid etmələri qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az