ABŞ-nin Kubaya qarşı sanksiyalarının detalları açıqlandı

2026/05/1778133830.jpg
Oxunub: 438     20:10     07 May 2026    
ABŞ hökumətinin Kubaya qarşı sanksiya siyasətinin detalları açıqlanıb.

Ordu.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Kuba iqtisadiyyatının təxminən 40%-ni idarə edən "GAESA" holdinqinə, eləcə də onun direktoruna, bu ölkədəki nikel mədəninin birgə müəssisəsinə qarşı sanksiyalar tətbiq edib.

O qeyd edib ki, bu məhdudiyyətlər ABŞ prezidenti Donald Tramp tərəfindən mayın 1-də imzalanmış Kubaya qarşı birtərəfli sanksiyalar rejiminin kəskin şəkildə sərtləşdirilməsi haqqında fərman əsasında tətbiq olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kuba  


Bizi "telegram"da izləyin