Ordu.az xəbər verir ki, SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilir.
“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu SAHA 2026-da Türkiyə müdafiə sənayesi şirkətləri müxtəlif müqavilələr imzalayır.
Bu çərçivədə “Baykar” MKE ilə pilotsuz uçuş aparatı döyüş başlığı və tapa inkişaf-təchizat müqaviləsi imzalayıb. İmza mərasimində “Baykar” baş direktorunun müavini Mustafa Köseoğlu və MKE baş direktorunun müavini Tolqa Çelik iştirak edib.
“Baykar” həmçinin “Aksa İleri Kompozit” ilə “Bayraktar” AKINCI, KIZILELMA, TB2, TB3 və K2 platformalarında istifadə olunan kompozit layihələr üzrə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Mərasimdə Mustafa Köseoğlu və “Aksa İleri Kompozit” baş direktoru Abdullah Ocaq yer alıb.
Digər bir müqavilə “Baykar” ilə TEI arasında bağlanıb. Müqavilə “Bayraktar” TB3 platformasında istifadə olunan TEI-PD200 mühərrikinin təchizatı üzrə strateji əməkdaşlığı əhatə edir.
“Baykar” və ASELSAN arasında imzalanan müqavilə isə “Bayraktar” TB2, TB3, AKINCI və KIZILELMA platformalarında istifadə olunan radar, sursat, IFF sorğu cihazı, kamera, peyk rabitəsi və radio sistemləri layihələri üzrə strateji əməkdaşlığı nəzərdə tutur.
Müqavilənin imza mərasimində Mustafa Köseoğlu və ASELSAN baş direktorunun müavini Özgür Taylan Sarı iştirak edib.
ROKETSAN-la da əməkdaşlıq müqaviləsi imzalayan “Baykar” “Bayraktar” TB2, AKINCI, KIZILELMA, SİVRİSİNEK, KEMANKEŞ və TB3 platformalarında istifadə olunan sursat və avadanlıqlar layihələrində ROKETSAN-la strateji əməkdaşlığa gedib.
Müqavilə Mustafa Köseoğlu və ROKETSAN baş direktorunun müavini Ali Alper Güneri tərəfindən imzalanıb.
“Baykar” həmçinin Birləşmiş Ərəb Əmirliklərindən olan müdafiə və aviasiya şirkətləri qrupu “EDGE Group” ilə də beynəlxalq əməkdaşlığa dair çərçivə müqaviləsi imzalayıb.
Sevinc Əliyeva
Ordu.az