Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ekspertlərə və gəmiçilik məlumatlarına istinadən məlumat yayıb.
“Kpler” və “SynMax” şirkətlərinin məlumatına görə, Əbu-Dabi Milli Neft Şirkəti aprel ayında Fars körfəzində üzən dörd tanker vasitəsilə ən azı 6 milyon barel xam neft ixrac etməyə nail olub.
“Reuters” agentliyinin üç mənbəsi bildirib ki, tankerlər ya yüklərini Cənub-Şərqi Asiyaya gedən digər gəmilərə ötürə, ya Omanda lövbər sala, ya da birbaşa Cənubi Koreyanın neft emalı zavodlarına yollana bilərdi.
Agentlik vurğulayır ki, bu dörd gəminin səfəri istehsalçıların və alıcıların neft satışını artırmaq üçün hansı risklərə getməyə hazır olduqlarını göstərir. Bu, İranın öz icazəsi olmadan Hörmüz boğazını keçməyə cəhd edən istənilən gəmiyə hücum edəcəyi ilə bağlı təhdidlərinə baxmayaraq baş verir.
Sevinc Əliyeva
Ordu.az