Ordu.az xəbər verir ki, siyahıda Ermənistanın baş naziri Nikol Paşinyanın və ya ölkənin digər yüksəkvəzifəli nümayəndələrinin adı yer almayıb.
Siyahıya aşağıdakı şəxslər daxil edilib:
- qondarma “Abxaziyanın prezidenti” Badra Qunba həyat yoldaşı ilə birlikdə
- Belarus prezidenti Aleksandr Lukaşenko
- Laos Xalq Demokratik Respublikasının prezidenti Txonqlun Sisulit
- Malayziyanın Ali Hökmdarı Sultan İbrahim
- Slovakiya Respublikasının hökumət başçısı Robert Fitso
- qondarma “Cənubi Osetiyanın prezidenti” Alan Qaqloyev
- Serb Respublikasının (Bosniya və Herseqovina) prezidenti Sinişa Karan
- Serb Respublikasının Xalq Skupştinasının (parlament-red.) sədri Nenad Stevandiç həyat yoldaşı ilə birlikdə
- Serb Respublikasının “Müstəqil Sosial Demokratlar İttifaqı” partiyasının sədri Milorad Dodik həyat yoldaşı ilə birlikdə
Bundan əvvəl Paşinyan Qələbə paradına getməyəcəyini açıqlamışdı.
Alpər Mövludoğlu
Ordu.az