II Qareginin qardaşı və qardaşı oğlu ev dustaqlığından azad edilib

2026/05/1778161689.jpg
Oxunub: 362     17:47     07 May 2026    
Erməni katolikos II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Hambardzum Nersisyan ev dustaqlığından azad ediliblər, onların barəsində inzibati nəzarət qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan KİV-ləri xatırladır ki, onlar Vağarşapatda “Respublika” partiyasının bələdiyyə sədri namizədi Harutyun Mkrtçyanın şikayəti əsasında, Gevork və Hambardzum Nersisyanların onların seçki kampaniyasına mane olduqları iddiası ilə həbs olunmuşdular.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: II-Qaregin   Ermənistan  


Bizi "telegram"da izləyin