Ordu.az xəbər verir ki, bu barədə mayın 7-də Reuters agentliyi hərbçilərə istinadən məlumat yayıb.
“İsrail hərbçiləri bildiriblər ki, komandir İsrailin Beyrutun cənub ətraflarına endirdiyi zərbə nəticəsində öldürülüb”, - deyə materialda qeyd olunur.
Bu zərbə Təl-Əvivin aprelin 17-də atəşkəs rejiminin bərqərar edilməsindən bəri Beyruta qarşı ilk hücumu olub. Qeyd olunur ki, bu hadisə atəşkəs ideyasının özü üzərində təzyiqi artırır, çünki Livan tərəfi buna cavab olaraq İsrail hərbçilərinə qarşı pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Sevinc Əliyeva
Ordu.az