Ordu.az xəbər verir ki, TÜBİTAK BİLGEM tərəfindən hazırlanan “RF Cube” radioelektron mübarizə sistemi radar və rabitə sahələrində texniki inkişaf, sınaq və simulyasiya işlərində istifadə olunmaq üçün RF siqnalın aşkarlanması, qarışdırma, qeyd, analiz, simulyasiya və müxtəlif radioelektron mübarizə fəaliyyəti həyata keçirmək üçün hazırlanıb.
Pilotsuz uçuş aparatına inteqrasiya edilən “RF Cube” geniş tezlik aralığında işləyə bilmək qabiliyyətinə malikdir. Radioelektron dəstək çərçivəsində siqnal aşkarlama funksiyalarını effektiv şəkildə yerinə yetirir. Bundan əlavə, radioelektron hücum qabiliyyəti ilə hədəf sistemlər üzərində təsirli müdaxilə təmin edir.
Siqnalların IQ formatında qeydi, geri oynadılması və həm onlayn, həm də oflayn analizini həyata keçirmək mümkündür. Radar və rabitə sistemləri üçün istənilən parametrlərdə siqnal simulyasiyası apara bilən sistem spektrin monitorinqi və siqnal parametrlərinin çıxarılması qabiliyyəti təqdim edir. Bundan əlavə, aldatma və qarışdırma texnikalarının hazırlanmasına imkan yaradır.
“RF Cube” tək əllə daşına biləcək şəkildə hazırlanıb və noutbukla istifadə oluna bilir. Avadanlıq və alqoritm infrastrukturu daimi inkişaf etdirilə bilən quruluşa malikdir. Bu baxımdan ssenariyə xüsusi proqram təminatı və avadanlıq infrastrukturunu konfiqurasiya edə bilir. Süni zəka dəstəkli istifadə üçün uyğun infrastruktur təqdim edir.
Xarici batareya və ya enerji mənbəyi ilə işləyə bilir. Pilotsuz uçuş aparatı, insansız quru platforması və insansız dəniz platforması kimi hərəkətli platformalara inteqrasiya edilə bilir. Quru əsaslı ssenarilərdə tripod üzərində istifadə olunaraq fasiləsiz və uzunmüddətli əməliyyat imkanı yaradır. Bundan əlavə, “Ethernet”, fiber və simsiz rabitə seçimləri ilə uzaqdan bağlantı və nəzarət dəstəyi təqdim edir.
Sevinc Əliyeva
Ordu.az