Ordu.az xəbər verir ki, TÜBİTAK BİLGEM tərəfindən hazırlanan ağıllı sualtı yoxlama platforması PISI-300 uzun müddətli missiyalar üçün optimallaşdırılıb, asan daşınması və modul arxitekturası ilə müxtəlif missiya ehtiyaclarına uyğun şəkildə asanlıqla konfiqurasiya edilə bilən yeni nəsil, xərc baxımından effektiv avtonom sualtı platformadır.
Ağıllı sualtı yoxlama platforması PISI-300 dəyişən ağırlıq mərkəzli manevr sistemi ilə dar sahələrdə dəqiq yerləşdirmə və üstün hərəkət qabiliyyəti təqdim edir. Müxtəlif sensor inteqrasiyaları sayəsində batimetrik xəritələşdirmədən liman müşahidəsinə, sualtı yoxlamalardan ətraf mühitin izlənməsinə qədər fərqli missiyalarda çoxşaxəli və effektiv istifadə imkanı yaradır.
PISI-300 GPS-dən asılı olmayan naviqasiya qabiliyyəti sayəsində su altında dəqiq və etibarlı yerləşmə təmin edir. Sözügedən sistemdə sualtı akustik rabitə və məlumat ötürülməsi ilə əlaqə qurulur. Çətin ətraf mühit şərtlərinə davamlı quruluşa malik olan sistem TÜBİTAK BİLGEM-in öz resursları ilə hazırlanır. Modul arxitekturası sayəsində istifadəçi ehtiyaclarına uyğun fərdiləşdirilə bilən sistem müxtəlif missiya konfiqurasiyalarına uyğunlaşdırıla bilir. Bundan əlavə, aşağı istehsal və texniki xidmət xərci ilə davamlı həll təqdim edir.
Texniki xüsusiyyətləri
Uzunluq: 1,8 m
En: 20 sm
Çəki: 35 kq (maksimum)
Əməliyyat dərinliyi: 300 m
Batareya ömrü: 8 saat (2 knot sürətlə)
Faydalı yük tutumu: 8 kq (maksimum)
Sevinc Əliyeva
Ordu.az