Tahir Əndrabi: "İslamabad İran və ABŞ arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir"

2026/05/Ekran-1778156996.jpg
Oxunub: 375     15:51     07 May 2026    
Pakistan İran və ABŞ arasında münaqişənin dayandırılması barədə sazişin tezliklə imzalanacağına ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə "Al-Jazeera" Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi Tahir Əndrabiyə istinadən məlumat yayıb.

XİN daha ətraflı şərh verməkdən imtina edib.

"Vasitəçilər olaraq, təfərrüatları açıqlamaqla hər iki tərəfin etibarını itirməyəcəyik. İmzalanma mərasiminin İslamabadda baş tutması bizim üçün böyük şərəf olardı", - Pakistan XİN-dən bildirilib.

Pakistan hazırda münaqişə tərəfləri arasında vasitəçidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əndrabi   İslamabad   İran   ABŞ  


Bizi "telegram"da izləyin