Ordu.az xəbər verir ki, SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilir.
“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu SAHA 2026-da Türkiyə müdafiə sənayesi şirkətləri müxtəlif müqavilələr imzalayır.
İtaliyanın “Gruppo Esea” şirkəti ilə robotik istehsal xətti müqaviləsi
Bu çərçivədə “Baykar” İtaliyanın “Gruppo Esea” şirkəti ilə robotik həllərlə avtomatlaşdırılmış montaj xətti müqaviləsi imzalayıb. Müqaviləyə Haluk Bayraktar və “Gruppo Esea”nın Baş icraçı direktoru Alessandro Liberatore imza atıb.
Bayraktar mərasimdəki çıxışında “Gruppo Esea” ilə imzaladıqları müqavilənin hazırladıqları pilotsuz uçuş aparatı texnologiyalarının seriyalı istehsal xətlərinin qurulmasına yönəldiyini bildirib: “Beləliklə, bu texnologiyaların daha yüksək sayda, daha xərc baxımından effektiv və daha standartlaşdırılmış şəkildə istehsalını dəstəkləyəcək robotik istehsal xətti olacaq. Ölkəmiz üçün xeyirli olmasını arzulayıram”.
Liberatore də belə mühüm sahədə “Baykar”ın strateji tərəfdaşı olmaqdan qürur duyduqlarını bildirərək, bu müqavilənin eyni zamanda Türkiyə ilə İtaliya arasındakı əməkdaşlığın da sübutu olduğunu qeyd edib.
“EDGE Group” ilə AKINCI müqaviləsi
“Baykar” həmçinin Birləşmiş Ərəb Əmirliklərindən müdafiə və aviasiya şirkətləri qrupu olan “EDGE Group” ilə müqavilə imzalayıb.
İmzalanan müqavilə AL TARIQ dəqiq idarəolunan sursatının “Bayraktar” AKINCI-ya inteqrasiyasını əhatə edir. Müqaviləyə Haluk Bayraktar və “EDGE Group”un Baş icraçı direktoru Hamad Al Marar imza atıblar.
“Safran” ilə strateji əməkdaşlıq
Digər anlaşma memorandumu isə “Baykar” ilə Fransanın “Safran Electronics and Defense” şirkəti arasında aviasiya elektronikası və elektron həllər sahəsində strateji əməkdaşlıqla bağlı imzalanıb.
Müqavilə Haluk Bayraktar və “Safran Electronics and Defense” Baş direktorunun müavini Alexandre Zieglerin imzaları ilə həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az