Ordu.az xəbər verir ki, Ekstra Böyük Sinif İnsansız Sualtı Platforma TENGİZ çevik missiya quruluşu, ağır torpedo buraxma qabiliyyəti, ağıllı sursat buraxma imkanları və üstün avtonomiya xüsusiyyətləri ilə “Mavi Vətən” müdafiəsində oyundəyişdirici güc çarpanı olacaq.
Türkiyə müdafiə sənayesinin milli layihələrində kritik rollar üzərinə götürən “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” sualtı platformalardakı təcrübəsini insansız sistemlərlə daha yüksək mərhələyə daşıyır. STM-nin öz resursları ilə hazırladığı Böyük Avtonom İnsansız Sualtı Aracı TENGİZ 400 metri aşan missiya dərinliyi və 20 günü keçən əməliyyat müddəti ilə dənizlərdə yeni güc çarpanı olaraq ilk dəfə SAHA 2026-da ictimaiyyətə tanıdılıb.
Güleryüz: STM-nin insansız sualtı ailəsi böyüyür
STM Baş direktoru Özgür Güleryüz STM-nin hərbi dənizçilik təcrübəsini avtonom texnologiyalarla birləşdirərək “Mavi Vətən” müdafiəsində oyundəyişdirici platformalar hazırladıqlarını bildirərək bunları qeyd edib:
“İnsansız avtonom sualtı platformalar yolumuza yüksək yerlilik nisbəti ilə hazırladığımız STM NETA 300 ilə başlamışdıq. NETA 300-ün dəniz sınaqlarını uğurla başa vurmasının verdiyi qürurla indi bu ailəni orta və böyük sinifdəki yeni üzvlərimizlə genişləndiririk. TENGİZ bu ailəmizin ən böyük və ən bacarıqlı üzvü kimi ön plana çıxır. TENGİZ konvensional bir sualtı gəminin yerinə yetirə biləcəyi demək olar ki, bütün kritik missiyaları şəxsi heyətimizi riskə atmadan, insansız və yüksək avtonomluq ilə icra edə biləcək bir platformadır. Kəşfiyyatdan minalama müharibəsinə, torpedo atışından “ana gəmi” konsepsiyasına qədər təqdim etdiyi bu nəhəng imkan Türkiyənin sualtıdakı texnoloji suverenliyini möhkəmləndirəcək”.
Dərinliklərin görünməz qoruyucusu
Adını qədim türk dilində “dəniz” və “sonsuz su” mənasını verən sözdən alan TENGİZ sualtı müharibənin əsas tələblərini qarşılamaq üçün çoxməqsədli əməliyyat quruluşu təqdim edir. Platforma kəşfiyyat, müşahidə və araşdırma (ISR) fəaliyyətləri ilə yanaşı sualtı müdafiə müharibəsi çərçivəsində hədəf izləmə və baryer qurma missiyalarını da yerinə yetirir. Radioelektron mübarizə, siqnal kəşfiyyatı və dəniz dibi xəritələşdirmə kimi texniki missiyalarda da istifadə olunan TENGİZ kritik infrastrukturun nəzarətində rol oynayarkən eyni zamanda hücum xarakterli minalama müharibəsi çərçivəsində müəyyən edilmiş sahələrə mina yerləşdirmə qabiliyyətinə malikdir.
Ağır və çox yüngül torpedo buraxma qabiliyyətinə sahib olan TENGİZ özündə STM NETA 300 avtonom sualtı platformasını və ALPAGUT ağıllı “gəzən sursat” sistemini daşıyıb sualtından buraxa bilən “ana gəmi” (mothership) quruluşu ilə işləyir. ADVENT Komanda-Nəzarət arxitekturası sayəsində şəbəkə mərkəzli müharibə konsepsiyasına daxil olan platforma peyk rabitəsi üzərindən məlumat ötürülməsi həyata keçirir. 40 fut ISO konteyner ölçüləri ilə uyğun olan TENGİZ limanlarla yanaşı logistik dəstək gəmiləri və TCG ANADOLU (LHD) kimi hovuzlu gəmilərdən də avtonom şəkildə missiyaya başlaya bilir.
400 metr dərinlikdə 20 gündən çox missiya müddəti
Ekstra Böyük Sinif İnsansız Sualtı Platforma (XLUUV) kateqoriyasında yer alan TENGİZ 11,2 metr uzunluğa, 1,6 metr diametrə və 17,8 ton aubasımı qabiliyyətinə malikdir. 400 metri aşan dərinliklərdə missiya icra edə bilən platforma sualtında 8 düymdən yuxarı sürətə çata bilir. Sistem arxitekturası və enerji tutumu vasitənin hər hansı xarici dəstəyə ehtiyac olmadan 20 gündən artıq müddətdə fasiləsiz əməliyyat aparmasına imkan yaradır.
Sevinc Əliyeva
Ordu.az