Türkiyə müdafiə sənayesinin yeni quru nəqliyyatı həlli PAMİR 4x4 vəzifəyə hazırdır

2026/05/1778152758.jpg
Oxunub: 766     14:53     07 May 2026    
Türkiyə müdafiə sənayesinin quru nəqliyyatı istehsalçılarından BMC zirehsiz PAMİR 4x4 yük və şəxsi heyət daşıma vasitəsini təhlükəsizlik qüvvələrinin istifadəsinə təqdim etməyə hazırlaşır.

Ordu.az “GDH.Digital”a istinadən xəbər verir ki, BMC İdarə Heyətinin sədri Fuat Tosyalı “Anadolu” Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olduğu SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində AA müxbirinə açıqlamalar verib.

Sərgidə ilk dəfə nümayiş etdirilən PAMİR 4x4 vasitəsinin təhvilata hazır olduğunu bildirən Tosyalı vasitənin sahədəki yeni ehtiyaclara cavab vermək üçün hazırlandığını deyib.

Tosyalı qeyd edib: “Türkiyədə terror mühitinin dağılması ilə birlikdə artıq qüvvələrimizin sahədə istifadə edəcəyi, həm şəxsi heyəti, həm də yükü daha çevik şəkildə daşıyacaq zirehsiz yüngül vasitəyə ehtiyac yarandı. Biz bu ehtiyacı qarşılamaq üçün PAMİR 4x4 vasitəmizi hazırladıq. Həm daha iqtisadi, həm yüngül, həm şəxsi heyət, həm də yüngül yük daşıma baxımından, sahədə, ərazidə, hər şəraitdə çox praktik nəqliyyat vasitəsi olacaq”.

Bütün sınaqlar tamamlanıb

PAMİR-in prototip olmadığını deyən Tosyalı bildirib: “Bu vasitə prototip deyil. Bütün sınaqları bitmiş, təhvilata hazır vasitədir. Örtüyünü qaldırdıq və artıq beynəlxalq alıcılara da təqdim etdik. Onsuz da uzun müddətdir qüvvələrimiz bu vasitənin sınaqlarını aparırdı”.

Ankaradakı istehsal bazası 24/7 işləyir

BMC-nin Ankaradakı tank və zirehli texnika istehsal kompleksinə dair də məlumat verən Tosyalı bunları bildirib: “Ankaradakı tank və yeni nəsil zirehli vasitələr istehsal kompleksimiz demək olar ki, bütün bölmələri ilə 24 saat, 7 gün istehsal edən vəziyyətə gəlib. Proqnozlaşdırdığımız istehsal və təhvilat proqramı çərçivəsində tanklarımızı təhvil veririk. Bununla yanaşı 8x8 zirehli şəxsi heyət daşıyıcılarımızın istehsalı başladı. “Leopard” tanklarımızın modernləşdirilməsi də burada aparılır”.

Tosyalı bu müəssisənin Türkiyənin tırtıllı və təkərli zirehli vasitə istehsalında kritik mərkəzə çevrildiyini vurğulayıb.

Yerli mühərrik və güc qrupü işləri davam edir

Mühərrik və transmissiya layihələrində gəlinən nöqtəni dəyərləndirən Tosyalı vurğulayıb: “1500 at güclük BATU mühərrikimiz ilin sonu etibarilə NATO sınaqlarından keçdi və NATO təsdiqini aldı. Çox ağır sınaqlar idi, normal ehtiyacın üstündə yüklərlə aparılan sınaqlar idi. Hazırda mühərriklərimiz seriyalı istehsal mərhələsindədir. Güc qrupu tərəfində də qrafikə uyğun irəliləyirik”.

İlk tankların mövcud güc qrupları ilə təhvil verildiyini, lakin yerli sistemlərin işə salınması üçün planlaşdırmanın davam etdiyini deyən Tosyalı bu keçidin problemsiz irəlilədiyini bildirib.

BMC-nin digər quru nəqliyyat vasitələrində də yerli mühərrik istifadəsinin artdığını bildirən Tosyalı müxtəlif güc siniflərində istehsalın davam etdiyini deyib.

TOGG istehsal hədəfi böyüyür

Mülki sahədə isə Türkiyənin yerli avtomobili TOGG ilə bağlı işlərə dair açıqlama verən Tosyalı qeyd edib: “Elektrikli avtomobillərdə TOGG açıq fərqlə birinci sıradadır. Ümumi satışlarda da birinci sıradadır. Bu il istehsalı 40 mindən 60 minə çıxarmaq hədəfimizi uğurla davam etdiririk. Avtomobillər anbarda gözləmir, hazırda sifarişlər təxminən 2 ay sonrasına təhvil edilir”.

BMC böyüməsini davam etdirir

SAHA 2026-da nümayiş etdirilən yeni məhsullar və davam edən layihələrlə birlikdə BMC-nin quru nəqliyyat vasitələrində müdafiə sənayesində lokomotiv rolunu davam etdirdiyini vurğulayan Fuat Tosyalı həm daxili, həm də beynəlxalq bazarda böyümə hədəflərinin davam etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.aza style='color: blue;' href='https://ordu.az'>Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PAMİR  


Bizi "telegram"da izləyin