Ordu.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, Vaşinqtonun regiona diqqətinin qorunması həlledici əhəmiyyət daşıyır və NATO müttəfiqləri ABŞ-nin diqqətini Avropadan yayındırmamasını təmin etməlidir.
"Almaniyadan dislokasiya olunacaq qoşunların Avropada qalmasında maraqlıyıq. Əgər qoşunların rotasiyası baş verərsə, Litva müttəfiqlərin əlavə qüvvələrini qəbul etməyə hazır olacaq", - G.Nauseda bildirib.
O qeyd edib ki, ölkə ərazisində mindən çox amerikalı hərbçi yerləşir: "Biz gələcəkdə daha çox hərbçini qəbul etməyə və bütün öhdəlikləri yerinə yetirməyə hazırıq".
Ordu.az