Ordu.az xəbər verir ki, bu mövqe ABŞ administrasiyasının çərşənbə günü yayımladığı “Terrorizmlə mübarizə strategiyası” sənədində əks olunub.
Sənədə əsasən “qətiyyətli addımlar” Tehran ABŞ üçün təhlükə yaratmağı dayandırana qədər davam edəcək.
Amerika administrasiyası bu addımlar sırasına 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsini, ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri, eləcə də İrana qarşı müharibəni daxil edir.
Sənəddə həmçinin qeyd olunur ki, ABŞ İranın himayə etdiyi qruplaşmalara qarşı kinetik, kəşfiyyat və kiberməkanda əməliyyatlara diqqəti davam etdirəcək.
Sevinc Əliyeva
Ordu.az