Mask bildirib ki, “xAI” “SpaceX”in süni zəka bölməsinə çevrilir

2026/04/1777482649.jpg
Oxunub: 361     10:57     07 May 2026    
Amerikalı sahibkar İlon Mask “xAI” şirkətinin süni zəka sahəsində inkişafları gücləndirmək məqsədilə “SpaceX”ə inteqrasiya olunduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“xAI” şirkəti ləğv ediləcək və ayrıca şirkətə çevriləcək”, - deyə Mask bildirib.

O əlavə edib ki, yalnız kosmosdan süni zəka məhsulları ilə məşğul olan “SpaceXAI” bölməsi qalacaq.

Pentaqon nümayəndələri mayın 1-də ABŞ-nin aparıcı yeddi süni zəka şirkəti ilə onların imkanlarının qapalı şəbəkələrdə yerləşdirilməsi barədə müqavilə imzalayıblar.

Dəqiqləşdirilib ki, həmin şirkətlər arasında “SpaceX” də yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   xAI   SpaceX  


Bizi "telegram"da izləyin