Hörmüz boğazında konteyner gəmisinə PUA hücumu nəticəsində 7 ekipaj üzvü yaralanıb

2026/05/1778129954.jpg
Oxunub: 321     10:18     07 May 2026    
Hörmüz boğazında "San Antonio" konteyner gəmisinin pilotsuz uçuş aparatının (PUA) zərbəsinə məruz qalması nəticəsində Filippindən olan 7 ekipaj üzvü xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə Filippinin "PNA" agentliyi miqrant işçilər üzrə nazir Hans Leo Kakdakın açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatının zərbəsi nəticəsində dörd filipinli yüngül xəsarət alıb, üç nəfər reanimasiyadadır.

Daha əvvəl Fransanın "CMA CGM" şirkətinə məxsus gəminin hücuma məruz qaldığı bildirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi   PUA  


Bizi "telegram"da izləyin