Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynanın baş danışıqçısı Rustem Umerovun bu həftə Mayamiyə gedərək ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşməsi gözlənilir.
“Ukrainskaya Pravda” qəzeti isə Milli Təhlükəsizlik və Müdafiə Şurası aparatının cavabına istinadən mayın 5-də xəbər vermişdi ki, Umerov “Mınçi işi” üzrə Ali Radanın müvəqqəti istintaq komissiyasının iclasında iştirak edə bilməyəcək, çünki xarici ezamiyyətdə olacaq.
Sevinc Əliyeva
Ordu.az