Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

2025/08/1755698126.jpg
Oxunub: 377     09:58     07 May 2026    
Yeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiya paketini elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiya paketinə hərbi-sənaye kompleksi ilə əlaqəli Rusiya təşkilatları da daxil olmaqla, 20 fiziki və hüquqi şəxs əlavə edilib.

Eyni zamanda, sanksiya siyahısına Rusiya Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunun Federal Tədqiqatlar Mərkəzi, Miassdakı "Soedinitel" zavodu əlavə edilib.

Məlumatda qeyd edilib ki, 2022-ci ilin martından ölkə 2 mindən çox fiziki və hüquqi şəxsə, o cümlədən gəmilərə qarşı məhdudiyyətlər tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Zelandiya   Rusiya  


Bizi "telegram"da izləyin