Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Mənə etibar et, qardaş” əməliyyatı uğursuz oldu. İndi isə “Fauxios” əməliyyatı ilə gündəlik həyata qayıdırıq”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.
“Fauxios” sözü ingilis dilində “faux” (saxta) və “Axios” xəbər portalının adını birləşdirən söz oyunudur. Beləliklə, Qalibaf yəqin ki, həmin nəşrin yaydığı məlumatın etibarsızlığına işarə edib.
Həmin gün “Axios” bildirmişdi ki, ABŞ yaxın vaxtlarda memorandum təklifi ilə bağlı cavab gözləyir. Daha əvvəl portal Vaşinqton və Tehranın nüvə proqramı üzrə memorandum müzakirə etdiyini yazmışdı.
Sevinc Əliyeva
Ordu.az