Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Onun sözlərinə görə, dünyada iki aparıcı güc,yəni ABŞ və Çin formalaşıb, Avropa isə siyasi, hərbi və xüsusilə də iqtisadi transformasiyanın kəskinləşməsi ilə üzləşərək mövqeyini qorumağa çalışır.
Vuçiç qeyd edib ki, Vaşinqton və Pekin texnologiyaların, o cümlədən süni zəkanın inkişafında digər ölkələri xeyli qabaqlayır, Avropa isə səylərinə baxmayaraq, məhdud enerji və xammal resursları, eləcə də sərt tənzimləmə səbəbindən geri qalır.
Serbiya lideri həmçinin vurğulayıb ki, bir çox avropalılar heç bir ciddi dəyişiklik olmadan mövcud həyat səviyyəsini qoruyub saxlaya biləcəklərinə yanlış olaraq ümid edirlər və bu yanaşmanı qeyri-real adlandırıb.
Sevinc Əliyeva
Ordu.az