Ordu.az xəbər verir ki, bu barədə respublika rəhbərliyinin administrasiyası “Telegram” kanalında məlumat yayıb.
Müvafiq sərəncamı regionun müvəqqəti rəhbəri Fyodor Şçukin imzalayıb. Daha əvvəl Ramazanov Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsinin müavini vəzifəsini tuturdu. Qeyd olunur ki, yeni hökumət formalaşana qədər respublika hökuməti əvvəlki tərkibdə fəaliyyətini davam etdirəcək.
Aprelin 30-da Dağıstan Xalq Məclisinin nümayəndələri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildən regiona rəhbərlik edən Sergey Melikovun işinin başa çatdığını bildirmişdi.
Daha əvvəl Dağıstan Ali Məhkəməsinin sədri vəzifəsini tutmuş Fyodor Şçukin mayın 4-də məhkəmə sistemindəki vəzifəsindən ayrıldıqdan sonra regionun müvəqqəti rəhbəri təyin edilmişdi.
Sevinc Əliyeva
Ordu.az