Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, söhbət nasist diktatordan deyil, onun adaşı olan şəxsdən gedir.
Diplomatik missiyadan dəqiqləşdirilib ki, Aşkenaz “Filantropiya” yəhudi qəbiristanlığı 1865-ci ildə açılıb və Rumıniya paytaxtında qorunub saxlanılan üç yəhudi qəbiristanlığından ən qədimi və ən böyüyüdür.
Səfirlikdən bildirilib ki, məzar daşı Avstriya əsilli yəhudi papaqçıya məxsusdur, onun adı Adolf Hitler olub. O, 1892-ci ildə, 60 yaşında dünyasını dəyişib. Bu, gələcək nasist liderinin cəmi 3 yaşında olduğu dövr idi.
Sevinc Əliyeva
Ordu.az