İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatı ölkə limanlarının Hörmüz boğazında və regionun digər sularında yerləşən ticarət gəmilərinə dəniz xidmətləri göstərməyə, həmçinin texniki və tibbi yardım etməyə “tam hazır” olduğunu bəyan edib.
Ordu.az xəbər verir ki, bu barədə IRNA dövlət agentliyi məlumat yayıb.
Qeyd edilir ki, bu açıqlama Donald Trampın İranla danışıqlarda əldə olunan irəliləyişi əsas gətirərək ABŞ-nin Hörmüz boğazından gəmilərin keçidini təmin etməyə yönəlmiş “Project Freedom” hərbi əməliyyatını dayandırmasından sonra səsləndirilib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Hörmüz