“NBC News”: Səudiyyə Ərəbistanı “Project Freedom” əməliyyatı məsələsində ABŞ-ni dəstəkləməyəcək

2026/03/1773466996.jpg
Oxunub: 659     08:43     07 May 2026    
Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazı vasitəsilə gəmilərin tranzitini təşkil etmək üçün nəzərdə tutulan “Project Freedom” əməliyyatını dəstəkləməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı ABŞ administrasiyasındakı iki anonim nümayəndəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Vaşinqton krallığı təşəbbüs barədə əvvəlcədən məlumatlandırmadığı üçün Ər-Riyad ABŞ-yə dəstək verməyib.

Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Trampın əməliyyatın başlanması barədə açıqlaması Körfəz ölkələri üçün gözlənilməz olub və “Səudiyyə Ərəbistanı rəhbərliyini qəzəbləndirib”.

Cavab addımı olaraq Ər-Riyad Vaşinqtonu məlumatlandırıb ki, ABŞ hərbçilərinə “Şahzadə Sultan” aviabazasından istifadə etməyə icazə verməyəcək və öz hava məkanının istifadəsini qadağan edəcək.

“NBC News” qeyd edir ki, bundan sonra Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud arasında baş tutan telefon danışığı vəziyyəti dəyişməyib. Nəticədə ABŞ lideri əməliyyatı müvəqqəti dayandırmağa məcbur olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin