Zaxarova ölkələri təhlükəsizlik təhdidləri fonunda diplomatları Kiyevdən təxliyə etməyə çağırıb

2025/02/1739533772.jpg
Oxunub: 556     01:02     07 May 2026    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva xarici dövlətləri mayın 9-da Moskvada keçiriləcək bayram tədbirlərini pozmağa yönəlmiş mümkün Ukrayna cəhdləri ilə əlaqədar diplomatlarını əvvəlcədən Kiyevdən təxliyə etməyə çağırır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Zaxarova xatırladıb ki, 2026-cı il mayın 4-də Rusiya Müdafiə Nazirliyi Qələbə Günü tədbirləri zamanı Kiyevin Rusiya paytaxtına zərbə endirmək təhdidləri ilə bağlı bəyanat yayıb.

Zaxarova əlavə edib ki, Moskva xarici dövlətləri və təşkilatları bu məlumatlara maksimum məsuliyyətlə yanaşmağa və diplomatik heyətin, eləcə də vətəndaşların Kiyevdən çıxışını təmin etməyə çağırır.

O həmçinin bəyan edib ki, belə planların həyata keçirilməsi halında Rusiya Silahlı Qüvvələri tərəfindən “qərar qəbuletmə mərkəzləri” də daxil olmaqla “cavab zərbələri” endirilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya  


Bizi "telegram"da izləyin