Ordu.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında Haaqadakı BMT Beynəlxalq Məhkəməsində Qayananın iddiası üzrə dinləmələrdə iştirak edən Venesuela nümayəndə heyətini şərh edərkən bildirib.
XİN başçısının sözlərinə görə, Karakas suverenlik və diplomatiya prinsiplərinə sadiq qalır və münaqişənin üçüncü tərəflər, o cümlədən BMT Beynəlxalq Məhkəməsi cəlb olunmaqla tənzimlənməsinin əleyhinədir. O, eyni zamanda Qayananı “tarixi təhrif etməkdə” və ərazinin müstəmləkə yolu ilə mənimsənilməsini qanuniləşdirməyə cəhd göstərməkdə ittiham edib.
Gil Pinto mayın 4-də sərhəddə baş verdiyi iddia olunan və guya qayanalı hərbçinin yaralandığı insidentlə bağlı Qayananın bəyanatlarını da təkzib edib, onları məhkəmə prosesinin fonunda “səhnələşdirmə” adlandırıb.
İki ölkə arasında təxminən 159,5 min kvadrat kilometr ərazini əhatə edən Qayana-Esekibo ətrafında mübahisə artıq bir əsrdən çoxdur davam edir. Münaqişənin kəskinləşməsi 2015-ci ildə böyük neft yataqlarının aşkar edilməsi və onların beynəlxalq şirkətlər tərəfindən istismarına başlanması ilə bağlıdır.
Qayana işə BMT Beynəlxalq Məhkəməsində baxılmasının vacibliyini 1899-cu il arbitraj qərarına əsaslanaraq irəli sürür, Venesuela isə 1966-cı il Cenevrə sazişi çərçivəsində birbaşa danışıqları məcburi hesab edir və məhkəmənin yurisdiksiyasını tanımır.
Sevinc Əliyeva
Ordu.az