Ordu.az xəbər verir ki, jurnalistlər Paşinyanın İkinci Dünya müharibəsində qələbə gününə həsr olunmuş anım tədbirlərində iştirak dəvətini qəbul edib-etmədiyi ilə maraqlanıblar.
Suala cavab verən diplomat bildirib ki, onun məlumatına görə, dəvətlər bir sıra “qardaş ölkələrin” rəhbərlərinə göndərilib. Lakin səfir Ermənistan baş nazirinin iştirakı ilə bağlı konkret cavab verməkdən imtina edib.
“Mənə məlum olduğu qədər, bütün qardaş ölkələrin rəhbərləri dəvət olunublar. Görəcəyik”, - deyə səfir bildirib.
Jurnalistlərin “Nikol Paşinyanın dəvəti qəbul edib-etmədiyi məlumdurmu?” sualına isə diplomat yayındırıcı cavab verib.
“Mən hələ cavab verməyə hazır deyiləm. Xeyr, bilmirəm”, - deyə o bildirib.
Beləliklə, Rusiya diplomatik missiyasının nümayəndəsi Ermənistan baş nazirinin mayın 9-da Moskvada keçiriləcək tədbirlərdə mümkün iştirakı barədə məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
Alpər Mövludoğlu
Ordu.az