Ordu.az xəbər verir ki, bunu mayın 6-da “İrəvan Dialoqu-2026” beynəlxalq konfransı zamanı Hindistan Xarici İşlər Nazirliyinin konsulluq, pasport-viza və xaricdəki işlər üzrə katibi Şripriya Ranqanatan bildirib.
O qeyd edib ki, getdikcə daha çox ölkə, o cümlədən malların istehlakçılara çatdırılması imkanları baxımından alternativlərin mövcudluğunun vacibliyini dərk etməyə başlayır.
Ranqanatan bildirib ki, Yaxın Şərq böhranı İran üzərində böyük təsir yaradıb, çünki İranın Fars körfəzi ölkələrindəki tərəfdaşlarla sıx iqtisadi əlaqələri var. “Həmin ölkələrlə ticarət dövriyyəmiz 200 milyard dolları ötür. Bu dövlətlərlə mühüm investisiya əlaqələrimiz var. Neft və qazımızın əhəmiyyətli hissəsini həmin ölkələrdən alırıq. Həmçinin oradan gübrələr də idxal edirik. Daha az əhəmiyyət daşımayan məqam isə Fars körfəzi ölkələrində 10 milyonluq icmamızın olmasıdır və onların rifahı ilə təhlükəsizliyi bizim üçün prioritet əhəmiyyət daşıyır”.
“Hazırda biz Hörmüz boğazından bütün gəmilərimizin sərbəst hərəkətini təmin etməyə çalışırıq və ümid edirik ki, bu, normal vəziyyətin tezliklə bərpasına imkan verəcək. Mövcud vəziyyətə qarşı çıxmaq üçün strategiyamıza ciddi şəkildə yenidən baxmalı olduq. Təchizat mənbələrini diversifikasiya etməyə nail olmuşuq. Bu gün biz neft və qazı 41 tədarükçüdən alırıq ki, bu da satınalma strategiyamızda mühüm addımdır. Bu bizə müəyyən çeviklik qazandırıb. Bu hələ kifayət deyil, lakin vəziyyət yaxşılaşıb”, - deyə Hindistan XİN nümayəndəsi yekunlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az