“Meteksan Savunma” MİLSAS-ı təqdim edib

2026/05/Ekran-1778098680.jpg
Oxunub: 507     00:14     07 May 2026    
“Meteksan Savunma” Milli Sintetik Diafraqmalı Sonar (MİLSAS) sistemini ilk dəfə təqdim edib.

Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Meteksan Savunma” İstanbulda keçirilən sərgidə yeni təqdimat həyata keçirib.

Bu çərçivədə şirkət Milli Sintetik Diafraqmalı Sonar (MİLSAS) sistemi ilə sualtı sistemlər sahəsində mühəndislik qabiliyyətlərini yeni səviyyəyə daşıyır.

Milli Sintetik Diafraqmalı Sonar (MİLSAS)

2024-cü ilin iyul ayında Milli Sintetik Diafraqmalı Sonar (MİLSAS) sisteminin hazırlanmasına yönəlmiş “Sualtı Sintetik Diafraqmalı Təsvir Qabiliyyətinin Qazanılması” (SAS) layihəsi Müdafiə Sənayesi Komitəsi ilə “Meteksan Savunma” arasında imzalanıb.

MİLSAS dəniz dibi və sualtı hədəflərin yüksək ayırdetmə qabiliyyəti ilə aşkarlanması üçün hazırlanmış qabaqcıl Sintetik Diafraqmalı sonar sistemidir. Sistem geniş ərazi əhatəsi və üstün görüntü keyfiyyəti ilə tapşırıq uğurunu artırmağı hədəfləyir. MİLSAS əlavə olaraq yüksək tezlikli akustik siqnalların əks olunmalarını emal edərək kəskin və yüksək ayırdetmə qabiliyyətli görüntülər yaradır.

MİLSAS geniş əhatə sahəsi və üstün görüntü keyfiyyəti sayəsində mina aşkarlanması, dəniz dibinin xəritələndirilməsi, infrastruktur yoxlaması və neft-qaz axtarış fəaliyyətlərində etibarlı məlumat təqdim edərək əməliyyat qərarvermə proseslərini sürətləndirir və tapşırıq effektivliyini artırır.

Digər tərəfdən sistem çəkilən gövdə və avtonom sualtı vasitələrlə uyğun işləyəcək şəkildə hazırlanıb. Sistem fazalı ötürücü və qəbuledici sonar massivləri, yüksək tezlikli akustik alt sistemlər və qabaqcıl siqnal emalı bölmələrindən ibarətdir.

Modul və miqyaslana bilən arxitekturası müxtəlif platformalara problemsiz inteqrasiya təmin edir və tapşırıq ehtiyaclarına uyğun çevik istifadə imkanı yaradır. Bunun sayəsində dəniz dibi və sualtı hədəflərin yüksək ayırdetmə ilə və etibarlı şəkildə aşkarlanması mümkün olur.

Texniki xüsusiyyətləri

SAS görüntü ayırdetmə qabiliyyəti: <4 sm
Tək tərəfli maksimum mənzil: 300 m
Platforma sürəti: 2-8 düyün
Əməliyyat dərinliyi: 0-600 m
Güc sərfiyyatı (nominal): 145 W
Güc girişi: 40V DC - 50V DC
İşləmə temperaturu: (-3) - (+45)
Saxlama temperaturu: (-20) - (+60)

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meteksan   MİLSAS  


Bizi "telegram"da izləyin