Ordu.az xəbər verir ki, güclü AR-GE infrastrukturu və innovativ yanaşma ilə hazırlanan A35 yüksək tutumu ilə mühüm sıçrayışı təmsil edir.
Məhsulun ilk təqdimatı müdafiə sənayesinin ən nüfuzlu tədbirlərindən biri olan SAHA 2026-da baş tutub.
“ASPİLSAN Enerji” tərəfindən hazırlanmış silisium/qrafit kompozit anod əsaslı A35 hüceyrəsi yeni nəsil material texnologiyası sayəsində daha yüksək enerji sıxlığı təqdim edir. Əvvəlki nəsil hüceyrələrlə müqayisədə təmin etdiyi inkişaf sayəsində müxtəlif istifadə sahələrində daha yüksək tutumlu həllər vəd edir.
Çətin şərtlərə uyğunlaşma, güclü performans
Fərqli iqlim və sahə şəraitinə uyğun şəkildə hazırlanan A35 aşağı temperaturda belə performansını qoruyub saxlaya bilən quruluşu ilə diqqət çəkir. Bu xüsusiyyətləri sayəsində müdafiə sənayesi, mobillik və çətin sahə tətbiqlərində effektiv həll kimi mövqelənir.
Qlobal bazarlara hazır
“ASPİLSAN Enerji”nin keyfiyyət və təhlükəsizlik yönümlü yanaşması ilə hazırlanan A35 beynəlxalq standartlara uyğun quruluşu ilə qlobal bazarlara çıxmağa hazırlaşır. Başda ABŞ olmaqla müxtəlif coğrafiyalarda rəqabətqabiliyyətli məhsul kimi mövqeləndirilməsi hədəflənir.
Gələcəyin enerjisinə istiqamət verən addım
“ASPİLSAN Enerji” A35 ilə yalnız yeni məhsul hazırlamır, eyni zamanda yerli və milli batareya texnologiyalarında daha bir strateji mərhələni geridə qoyur. İnnovativ hüceyrə texnologiyası ilə hazırlanan A35 gələcəyin enerji saxlama həllərinə istiqamət vermə vizyonunun güclü göstəricisi kimi ön plana çıxır.
“ASPİLSAN Enerji” baş direktoru professor doktor Ahmet Turan Özdemir A35 məhsulu ilə bağlı açıqlamasında bildirib:
“Hazırladığımız A35 hüceyrəsi “ASPİLSAN Enerji”nin batareya texnologiyalarında çatdığı yüksək səviyyənin mühüm göstəricisidir. İlk dəfə SAHA 2026-da təqdim edəcəyimiz bu məhsulla həm ölkəmizin texnologiya istehsal etmək qabiliyyətinə töhfə veririk, həm də qlobal bazarlarda daha güclü oyunçu olmaq hədəfimizi möhkəmləndiririk. İnnovativ hüceyrə texnologiyalarımızla yüksək performanslı və etibarlı enerji həlləri təqdim etməyə qətiyyətlə davam edəcəyik”.
Sevinc Əliyeva
Ordu.az