“Miilux OY” ilə “Koluman” SAHA 2026-da müdafiə sənayesi yönümlü texniki əməkdaşlıq protokolu imzalayıb

2026/05/1778097953.jpg
Oxunub: 485     00:04     07 May 2026    
OYAK-ın yerli və milli zireh poladı istehsal edən şirkəti “Miilux OY” ilə mühərrikli nəqliyyat vasitələri, mühəndislik və hərbi üstquruluş istehsalı sahəsində fəaliyyət göstərən “Koluman” SAHA 2026-da müdafiə sənayesinə yönəlmiş texniki əməkdaşlıq protokolu imzalayıb.

Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” təşkilatının təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir.

“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu sərgidə “Miilux OY” və “Koluman” şirkətləri mühəndislik, istehsal və material texnologiyaları sahəsindəki təcrübələrini birləşdirərək uzunmüddətli və davamlı sənaye tərəfdaşlığı qurmağı hədəfləyən əməkdaşlıq müqaviləsi imzalayıblar.

Protokol “Miilux OY” baş direktoru Yavuz Yeldan ilə “Koluman Otomotiv” baş direktoru Cengiz Adak tərəfindən imzalanıb. Mərasimdə OYAK İdarə Heyətinin sədri Zekai Aksakallı, OYAK baş direktoru Murat Yalçıntaş, “Miilux OY” İdarə Heyətinin sədri Erdinç Kocayanak və “Koluman Holding” İdarə Heyətinin sədri Selçuk Kaan Saltık Adak da iştirak edib.

OYAK baş direktoru Yalçıntaş imza mərasimində bildirib ki, müdafiə sənayesində yerli və milli qabiliyyətlərin inkişaf etdirilməsini strateji prioritet hesab edirlər.

Bu çərçivədə “Miilux OY” ilə “Koluman” arasında imzalanan texniki əməkdaşlığın mövcud layihələrlə yanaşı, gələcəyə yönəlmiş müdafiə proqramları baxımından da davamlı sənaye tərəfdaşlığına çevrilməsini arzuladıqlarını bildirən Yalçıntaş deyib:

“Bu əməkdaşlıq tamamlayıcı mühəndislik və texnologiya qabiliyyətlərinin inteqrasiyası ilə istehsal və texnologiya inkişaf etdirmə potensialımızı daha da gücləndirəcək, yerli müdafiə sənayesi ekosisteminin dəyər zəncirini daha yüksək səviyyəyə daşıyacaq. OYAK olaraq müdafiə sənayesindəki rolumuzu istehsal potensialı, texnologiya inkişaf etdirmə gücü və strateji tərəfdaşlıqlar çərçivəsində uzunmüddətli perspektivlə inkişaf etdirməyə davam edirik”.

Bu arada Türkiyə üçün strateji əhəmiyyət daşıyan istilik emalından keçmiş yüksək möhkəmlikli poladların istehsalçısı olan “Miilux OY” sərgidə “Miilux Protection” markası altında hazırladığı yeni nəsil zireh poladlarını və qabaqcıl texnologiyalı məhsullarını mayın 9-dək nümayiş etdirməyə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Miilux-OY   Koluman  


Bizi "telegram"da izləyin