Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” təşkilatının təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi davam edir.
ASPİLSAN Enerji tərəfindən “Teknopark İstanbul”, JAVDES, “Radarsan” və FPV kamikadze pilotsuz uçuş aparatı istehsalçısı SKYDAGGER ilə əməkdaşlıq müqavilələri imzalanıb.
“Teknopark İstanbul” ilə strateji əməkdaşlıq
Bu çərçivədə ilk olaraq ASPİLSAN Enerji ilə “Teknopark İstanbul” arasında “İnkubasiya Mərkəzi fokuslu strateji əməkdaşlığa yönəlmiş xoşməramlı müqavilə” imzalanıb.
ASPİLSAN Enerji baş direktoru Ahmet Turan Özdemir imza mərasimində bildirib ki, enerji sənayedəki 5 əsas trenddən biri hesab edilə bilər:
“Yaxın zamanda yaşanan neft böhranlarını gördük ki, bizim neftdən asılılığımızın sona çatması lazımdır. Dünən neft quyularının sahibləri nə qədər ciddi idisə, bu gün batareya istehsal edənlər də eyni ciddiyyətlə hərəkət edir. Enerji saxlanılması böyük əhəmiyyət daşıyır”.
“Teknopark İstanbul” baş direktoru Abdurrahman Akyol isə “Teknopark İstanbul”un texnologiya bazası olduğunu və burada çox sayda fond şirkətinin yerləşdiyini bildirib.
Akyol qeyd edib ki, “Teknopark İstanbul”da 600-ə yaxın şirkət və ön inkubasiyalarla birlikdə 1000-ə yaxın şirkət fəaliyyət göstərir:
“Ümumilikdə 11 min əməkdaşla İstanbulun texnologiya ürəyiyik deyə bilərəm. Müdafiə, dənizçilik, qabaqcıl materiallar, süni zəka və kibertəhlükəsizlik kimi mövzular önəm qazanarkən, enerjini də son dövrlərdə fokus sahəsinə çevirməyi planlaşdırırıq. ASPİLSAN ilə batareya istehsalı və enerji istehsal sistemləri ilə bağlı layihə çağırışını birlikdə həyata keçirməkdən məmnun olarıq”.
JAVDES ilə sahə ehtiyaclarına yönəlmiş əməkdaşlıq
ASPİLSAN Enerji ilə JAVDES arasında həyata keçirilən “Daxili və xarici layihələrdə əməkdaşlığa yönəlmiş xoşməramlı müqavilə” imza mərasimində çıxış edən JAVDES Şirkətlər Qrupu baş direktoru Ufuk Soyluoğlu istehsalçı ilə istifadəçinin ehtiyaclarını bir araya gətirmək missiyası ilə hərəkət etdiklərini bildirib:
“Jandarma Baş Komandanlığının sahədəki ehtiyaclarını çox yaxından izləyirik. Bu ehtiyacları ASPİLSAN-ın imkanları ilə birləşdirərək yol xəritəsi formalaşdırmaq üçün imza atırıq”.
Mobil radar sistemləri üçün batareya əməkdaşlığı
ASPİLSAN-ın “Radarsan” ilə imzaladığı “Mobil Yol Radar Sistemləri Batareya Paketi Əməkdaşlığına yönəlmiş xoşməramlı müqavilə” də “Radarsan” baş direktoru Serhat Doğanın iştirakı ilə baş tutub.
Doğan çıxışında bildirib ki, Türkiyədə 40 ildir idxal olunan məhsulu Milli Texnologiya Hərəkatı çərçivəsində yerli və milli məhsula çeviriblər.
SKYDAGGER ilə FPV pilotsuz uçuş aparatı əməkdaşlığı
ASPİLSAN Enerji ilə SKYDAGGER arasında keçirilən imza mərasimində çıxış edən SKYDAGGER baş direktoru Mehmet Öztekin isə ASPİLSAN-ın sahədəki güclərini daha da artırmaq istədiklərini qeyd edib.
Öztekin istehsal etdikləri pilotsuz uçuş aparatlarının ən vacib komponentlərindən birinin batareya olduğunu vurğulayaraq bildirib: “ASPİLSAN-ın da lazımi AR-GE işlərini həyata keçirərək bizim qabiliyyətlərimizi artıracaq şəkildə bizə dəstək olacağına heç bir şübhəmiz yoxdur”.
Sevinc Əliyeva
Ordu.az