Türkiyə Müdafiə Sənayesi Komitəsi SAHA 2026-da çoxsaylı müqavilələr imzalayıb

2026/05/1778097739.jpg
Oxunub: 461     23:48     06 May 2026    
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə aparıcı müdafiə və aviasiya şirkətləri arasında çoxsaylı müqavilələr imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” təşkilatının təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir.

Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə şirkətlər arasında çoxsaylı imza mərasimləri təşkil olunub.

Quru, hava və dəniz platformaları üçün yeni müqavilələr

Bu çərçivədə Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “Nurol Makina” arasında Jandarma İctimai Hadisələrə Müdaxilə Vasitəsi (JTOMA) Layihəsi üzrə əlavə 20 vasitə müqaviləsi, Komitə ilə “Elektroland” arasında “Hançer” O-İKA 1 seriyalı istehsal layihəsi, Müdafiə Sənayesi Komitəsi-HAVELSAN-“Tekatron” xoşməramlı müqaviləsi (müşahidəçilik) müqavilə dəyişikliyi, Müdafiə Sənayesi Komitəsi-ASELSAN İHARAD layihəsi, Müdafiə Sənayesi Komitəsi-“Meteksan” İHARAD layihəsi, Müdafiə Sənayesi Komitəsi-RST İHARAD layihəsi, Müdafiə Sənayesi Komitəsi-STM Yüngül Avtonom Sualtı Platforma Təchizatı Layihəsi (HOSA), “Baykar” taktiki PUA sistemləri (Bayraktar TBT-AI) təchizat layihəsi, Müdafiə Sənayesi Komitəsi-“Baykar” pilotsuz döyüş təyyarəsi (Bayraktar Kızılelma) layihəsi inteqrasiyası, Müdafiə Sənayesi Komitəsi-ASELSAN pilotsuz döyüş təyyarəsi alt sistemlərinin təchizatı layihəsi, Müdafiə Sənayesi Komitəsi-ASELSAN PUA sistemləri AF-500 kamera təchizatı layihəsi, Müdafiə Sənayesi Komitəsi-ASELSAN-ROKETSAN hücum raket sistemləri əlavə seriyalı istehsal, Müdafiə Sənayesi Komitəsi-ASELSAN-ROKETSAN hava hücumundan müdafiə sistemləri əlavə seriyalı istehsal müqavilələri imzalanıb.

Radar, rabitə və süni zəka layihələri

Müdafiə Sənayesi Komitəsi-FNSS ÖMTTZA Layihəsi 2-ci Faza başlanğıcı, Müdafiə Sənayesi Komitəsi-FNSS Zirehli Amfibiya Hücum Vasitəsi (ZAHA) Faza-II, Müdafiə Sənayesi Komitəsi-ASELSAN süni zəka dəstəkli Jandarma KGYS layihəsi Faz-3, Müdafiə Sənayesi Komitəsi-ASELSAN şifrəli təhlükəsiz radio-rabitə sistemi (KETUM) layihəsi - 42 vilayət üzrə genişləndirmə, Müdafiə Sənayesi Komitəsi-ASELSAN yaxın orbit peykləri və hərbi 5G/6G rabitə sistemi (GÖKBAĞI) layihəsi, Müdafiə Sənayesi Komitəsi-ASELSAN V/UHF radar sistemi layihəsi, Müdafiə Sənayesi Komitəsi-ASELSAN yüksək irtifa radar sistemi layihəsi və Müdafiə Sənayesi Komitəsi-ASELSAN alçaq irtifa radar sistemi layihəsi üzrə əlavə sistem təchizatına yönəlmiş ikinci paket seriyalı istehsal müqavilələri də imzalanıb.

Haluk Görgündən qiymətləndirmə

Müqavilələrlə bağlı açıqlama verən Türkiyə Müdafiə Sənayesi Komitəsi rəhbəri Haluk Görgün bildirib:

“Müqavilələrin məzmununa baxdığımız zaman onların çox fərqli qabiliyyət sahələrinə toxunduğunu deyə bilərik. Sahədən gələn ehtiyacları, son istifadəçilərimizin prioritetlərini, şirkətlərimizin texnoloji qabiliyyətlərini və istehsalla bağlı şüurlu yanaşmaları birləşdirərək, ən az xərc və ən qısa müddətdə təhvil veriləcək iş prosesinə bu imzalarla başlayırıq. İmzaladığımız bu müqavilələrlə təhlükəsizlik qüvvələrimiz, dost və müttəfiq ölkələr daha təhlükəsiz və daha güclü sabahlar üçün daha ümidli olacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SAHA-2026  


Bizi "telegram"da izləyin