Ordu.az xəbər verir ki, kokpit dizaynındakı tək ekran diqqət çəkib.
Türkiyənin 10-cu istifadəçisi olacağı “Eurofighter” üçün Böyük Britaniyadan təhvil prosesi 2030-cu ildə başlayacaq. İlk mərhələdə 20-si dəqiq, 20-si istəyə bağlı olmaqla 40 təyyarəlik müqavilə imzalanıb.
Hazırda “Eurofighter”lərin kokpitində pilotlar məlumatları üç ayrı ekrandan izləyirlər. Məqsəd isə tək ekrana keçməkdir. Sensorlu olacaq ekran üçün dizayn işləri davam edir.
Prototip mərhələsində sınaqdan keçiriləcək sistem daha sonra “Eurofighter” istifadəçilərinin diqqətinə təqdim olunacaq. Türkiyə Hərbi Hava Qüvvələri digər istifadəçilər kimi üç ekranlı kokpit dizaynına üstünlük verib.
Türkiyənin əlavə olaraq ikinci əl təyyarə tələbi də mövcuddur. Prioritet Qətərdən alınacaq “Eurofighter Trench 3A” təyyarələri olacaq. Lakin Yaxın Şərqdə davam edən müharibə təhlükəsi səbəbindən təhvil tarixi hələ qeyri-müəyyəndir.
Sevinc Əliyeva
Ordu.az