Türkiyə MMN AR-GE-dən daha bir sürpriz: GÜÇHAN turbofan mühərriki ilk dəfə təqdim olunub

2026/05/1778096110.jpg
Oxunub: 474     23:27     06 May 2026    
Türkiyə Milli Müdafiə Nazirliyinin AR-GE Mərkəzi tərəfindən hazırlanan GÜÇHAN turbofan mühərriki 42.000 funt itələmə gücü ilə ilk dəfə SAHA 2026 sərgisində nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, layihənin hansı platformaya aid olduğu isə hələ açıqlanmayıb.

Texniki detallar məhduddur, göstəricilər diqqət çəkir

SAHA 2026 yalnız ballistik raket layihələri ilə deyil, eyni zamanda sürpriz mühərrik təqdimatı ilə də diqqət çəkib. Milli Müdafiə Nazirliyinin AR-GE Mərkəzi tərəfindən hazırlanan GÜÇHAN turbofan mühərriki indiyədək ictimaiyyətə heç bir məlumat verilmədən ilk dəfə sərgi çərçivəsində nümayiş olunub.

Qəfil ortaya çıxan layihə ilə bağlı hazırda son dərəcə məhdud məlumat mövcuddur və mühərrikin hansı platforma üçün hazırlandığı bilinmir.

Təqdimatda paylaşılmış göstəricilər GÜÇHAN-ın yüksək itələmə sinfində yerləşdiyini göstərir. 42.000 funt (lbf) itələmə gücü yarada bildiyi açıqlanan mühərrik bu göstərici ilə müasir döyüş təyyarələrində istifadə olunan güclü turbofan mühərrikləri kateqoriyasına daxil olur.

Bu güc səviyyəsi müasir 5-ci nəsil döyüş təyyarələrinin ehtiyac duyduğu itki tələblərini tam şəkildə qarşılayır. Texniki detallar arasında mühərrikin 46,5 düymlük diametri və saniyədə 420 “lb” hava axını təmin etmə qabiliyyəti diqqət çəkən digər məqamlar sırasındadır. Bundan əlavə, sistemin “bypass” nisbətinin 0.68:1 olduğu da bildirilib.

Bununla yanaşı, mühərrikin hansı hava platformasında istifadə olunacağı və ya hansı məqsədlə hazırlandığı barədə Milli Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən hələ rəsmi açıqlama verilməyib.

Bu mühərrik KAAN-ın növbəti blokları üçün planlaşdırıla biləcəyi kimi, tamamilə fərqli platforma və ya sistem üçün də nəzərdə tutula bilər. Məlum olduğu kimi, KAAN təyyarəsinin mühərrik ehtiyacı üçün TEI tərəfindən hazırlanan TF35000 layihəsi davam edir. Həmin mühərrik də sərgidə nümayiş etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   GÜÇHAN   MMN  


Bizi "telegram"da izləyin