Bəhreyn SEPAH ilə əlaqəli şəxslərin saxlanıldığını açıqlayıb

2026/05/1778094923.jpg
Oxunub: 396     23:03     06 May 2026    
Bəhreyn Daxili İşlər Nazirliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə “sıx əlaqələri” olan və bir hissəsi casusluqda şübhəli bilinən naməlum sayda şəxsin saxlanıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qurumun mayın 6-da yaydığı rəsmi açıqlamaya görə, saxlanılan şəxslər Tehranın düşmən fəaliyyətlərini dəstəkləməkdə və xarici strukturlarla əməkdaşlıq etməkdə ittiham olunurlar.

Daha əvvəl aprelin sonunda Bəhreyn hakimiyyəti 69 nəfəri krallığa qarşı İran hücumlarına guya dəstək verdiklərinə və “xarici təşkilatlarla sui-qəsddə” iştirak etdiklərinə görə vətəndaşlıqdan məhrum etmişdi.

Təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi regionda ümumi gərginliyin artması və ölkənin daxili işlərinə xarici müdaxiləyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi fonunda baş verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   SEPAH  


Bizi "telegram"da izləyin