TUSAŞ ilə HAVELSAN arasında SAHA EXPO 2026 sərgisində imzalanan müqavilə ilə TUSAŞ-ın 16 min nəfərlik heyətinin performans, karyera və iş proseslərinin hamısı HAVELSAN-ın milli iş idarəetmə sistemi olan KOVAN-a keçirilir.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
KOVAN sistemi:
Milli ERP (Korporativ Resurs Planlaması) proqram təminatıdır,
Bulud əsaslı və modul quruluşa malikdir,
Türkiyə Müdafiə Sənayesi Komitəsi, BOTAŞ, YSK kimi qurumlar tərəfindən artıq istifadə olunur,
Kadr idarəçiliyi, performans qiymətləndirməsi və məlumat analitikasını tam rəqəmsallaşdırır.
HAVELSAN Baş direktoru Mehmet Akif Nacar bildirib: “Milli proqram təminatları ilə rəqəmsal transformasiyanı həyata keçiririk”.
TUSAŞ Baş direktoru Mehmet Dəmiroğlu isə qeyd edib: “Məlumatlarımızı milli proqram təminatı ilə idarə etmiş olacağıq.”
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
TUSAŞ
HAVELSAN
KOVAN