“Pasifik Teknoloji” və “Özata” gəmiqayırma zavodu insansız dəniz sistemləri üçün əməkdaşlıq razılaşması imzalayıb

2024/10/1729923409.jpg
Oxunub: 332     22:35     06 May 2026    
“Pasifik Teknoloji” və “Özata” gəmiqayırma zavodu insansız dəniz platformaları və avtonom sualtı platformalar sahəsində əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıb.

Ordu.az xəbər verir ki, razılaşma SAHA EXPO 2026 çərçivəsində həyata keçirilib.

Əməkdaşlığın məqsədləri hərbi və mülki istifadə üçün innovativ insansız həllər hazırlamaq, dəniz təhlükəsizliyi və kritik obyektlərin mühafizə sistemlərini gücləndirmək və ixracyönümlü yerli platformalar inkişaf etdirməkdir.

“Pasifik Teknoloji”nin tapşırıq idarəetmə texnologiyaları ilə “Özata” gəmiqayırma zavodunun layihələndirmə və istehsal imkanları bir araya gələrək güclü sinerji yaradacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pasifik-Teknoloji   Özata  


Bizi "telegram"da izləyin