Ordu.az xəbər verir ki, tək mənbə üsulu ilə verilən bu IDIQ müqaviləsi APG-66 və APG-68 sistemlərinə malik F-16 radarlarının 2036-cı ilə qədər texniki davamlılığını və modernləşdirilməsini təmin edir.
ABŞ Müharibə Nazirliyi “Northrop Grumman” ilə F-16 Sistem Proqram Ofisi və Xarici Hərbi Satışlar proqramı çərçivəsində maksimal dəyəri 488 milyon dollar olan müqavilənin bağlandığını elan edib.
Müqavilənin əhatə dairəsi:
APG-66 və APG-68 model F-16 radarları üçün kritik mühəndislik və texniki dəstək.
İşlər Merilend ştatında həyata keçiriləcək və 2036-cı il martın 31-dək davam edəcək.
Müqavilədə yer alan ölkələr bunlardır: Bəhreyn, Belçika, Çili, Danimarka, Misir, Yunanıstan, İndoneziya, İraq, İsrail, İordaniya, Koreya, Mərakeş, Niderland, Norveç, Oman, Pakistan, Polşa, Portuqaliya, Rumıniya, Tailand və Türkiyə.
Sevinc Əliyeva
Ordu.az