Kremlin qüllələrində PUA-lara qarşı pulemyotçular yerləşdirilib

2026/05/Ekran-1778088017.jpg
Oxunub: 372     21:09     06 May 2026    
Pilotsuz uçuş aparatı hücumu təhlükəsinə görə Moskvada pulemyotlarla təchiz edilmiş maşınlar yerləşdirilib və Kremlin qüllələrində pulemyotçular mövqe tutublar.

Ordu.az xəbər verir ki, bununla bağlı foto və videolar “VChK-OGPU” tərəfindən yayımlanıb.

Təhlükəsizlik qüvvələri həmçinin paradın keçiriləcəyi və Rusiya prezidenti Vladimir Putinin çıxış edəcəyi gözlənilən Qırmızı Meydana girişi bağlayıblar.

Kremlin divarları və binalarında, o cümlədən Spasskaya qülləsində pulemyot və snayper tüfəngləri ilə silahlanmış əsgərlər yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, Moskvada keçiriləcək “Qələbə Günü” paradı 2007-ci ildən etibarən ilk dəfə hərbi texnika olmadan baş tutacaq.

2026-cı il may ayında Moskvada Kremlin qüllələrindən birində atəş mövqeyi yaradılıb.

Moskvada pulemyotlarla təchiz edilmiş maşınlar da yerləşdirilib.

Prezidentin mətbuat katibi Dmitri Peskov paradın kiçildilmiş formatını “əməliyyat vəziyyəti” və Ukraynadan gələn təhlükə ilə əlaqələndirib.

Bu əlavə tədbirlər Ukrayna Müdafiə Qüvvələrinin 2026-cı il mayın 4-nə keçən gecə FP-1 kamikadze pilotsuz uçuş aparatları ilə Moskvaya hücum etməsindən sonra həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   PUA   Rusiya  


Bizi "telegram"da izləyin