Ordu.az xəbər verir ki, “The Washington Post” nəşri peyk görüntülərini təhlil etdikdən sonra bu nəticəyə gəlib.
Nəşrin məlumatına görə, İran zərbələri nəticəsində anqarlar, kazarmalar, yanacaq anbarları, radarlar və hava hücumundan müdafiə avadanlıqları hədəfə alınıb.
Bölgədəki ABŞ hərbi bazaları tam gücü ilə fəaliyyət göstərə bilmir. Əməliyyatın başlanğıcında şəxsi heyətin böyük hissəsi İran raketlərinin çatma zonasından kənarda yerləşən obyektlərə təxliyə olunmuşdu.
“The Washington Post” tərəfindən sorğulanan ekspertlər hesab edirlər ki, ABŞ hərbçiləri İranın imkanlarını lazımınca qiymətləndirməyib və müasir pilotsuz uçuş aparatlarına qarşı mübarizəyə uyğunlaşmağa vaxt tapmayıblar.
Material İran tərəfinin yayımladığı peyk görüntülərinə əsaslanır. Ekspertlər həmin görüntülərdə montaj əlamətləri aşkar etməyiblər.
Eyni zamanda peyk çəkilişləri üzrə ixtisaslaşmış ABŞ-nin “Vantor” və “Planet” şirkətləri ABŞ hakimiyyətinin tələbi ilə İrana qarşı ABŞ zərbələrinin endirildiyi dövrdə çəkilmiş görüntülərə çıxışı məhdudlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az