Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ mediasında tərəflərin memorandumun imzalanmasına yaxın olması ilə bağlı yayılan məlumatlara baxmayaraq, İran hələ də ABŞ-nin təklifinə rəsmi cavab verməyib.
Mənbə həmçinin qeyd edib ki, Amerika mediasının informasiya kampaniyası prezident Donald Trampın Hörmüz boğazı vasitəsilə gəmilərin tranzitinin təmin olunmasına yönəlmiş “Project Freedom” əməliyyatının başa çatması ilə bağlı açıqlamalarını əsaslandırmaq məqsədi daşıyır.
Daha əvvəl “Axios” portalı Vaşinqton və Tehranın silahlı münaqişənin dayandırılması ilə bağlı bir səhifəlik memorandumun imzalanmasına yaxın olduğunu bildirmişdi. Nəşrin məlumatına görə, Amerika tərəfi İranın cavabını 48 saat ərzində gözləyir.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmayıl Bəqayi isə öz növbəsində bəyan edib ki, İran təklifləri araşdırmağı davam etdirir və cavab Pakistan tərəfi vasitəsilə çatdırılacaq.
Sevinc Əliyeva
Ordu.az