Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bəyan edib.
“Yeni qaydaların tətbiqindən və təcavüzkarlar tərəfindən gələn təhdidlərin (ABŞ və İsrail nəzərdə tutulur) neytrallaşdırılmasından sonra yalnız o zaman boğaz vasitəsilə təhlükəsiz və sabit tranzit mümkün olacaq”, - deyə SEPAH Hərbi Dəniz Qüvvələrinin “X” səhifəsində yayımlanan bəyanatda bildirilib.
Korpusun Hərbi Dəniz Qüvvələri “Hörmüz boğazında İran qaydalarına əməl etdiklərinə və regional dəniz təhlükəsizliyinə töhfə verdiklərinə görə” kapitanlara və gəmi sahiblərinə təşəkkür edib.
Sevinc Əliyeva
Ordu.az